Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Gülənin ekstradisiyası ilə bağlı Türkiyə ilə əməkdaşlığı zəruri hesab edirik" - ABŞ Güləni "satmağa" hazırlaşır

Tarix: 22-08-2016 23:26     Baxış: 2465 A- / A+
"Gülənin ekstradisiyası ilə bağlı Türkiyə ilə əməkdaşlığı zəruri hesab edirik"

ABŞ Fətullah Gülənin ekstradisiyası ilə bağlı Türkiyə ilə əməkdaşlığı əhəmiyyətli hesab edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

O qeyd edib ki, rəsmi Vaşinqton və Ankara arasında ekstradisiya haqqında müqavilə artıq 30 ildir qüvvədədir. Ernestin sözlərinə görə, ABŞ bu sazişə sadiqir.

"Gülənin ekstradisiyası ilə bağlı iki ölkə arasında mühüm əməkdaşlıq artıq siz də görürsünüz" – deyə o bildirib.

Ağ Ev rəsmisi əlavə edib ki, Ədliyyə Nazirliyinin nümayəndələri artıq Türkiyəyə səfər edib.

"Ekstradisiya prezidentin həlli etdiyi məsələ deyil. Bu, saziş çərçivəsində qəbul olunur. Buna görə də prosesə Ədliyyə Nazirliyinin nümayəndələri də cəlb edilib" – deyə Coş Ernest vurğulayıb.

Ernest bu məsələnin ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Ankaraya yaxın vaxtlarda baş tutacaq səfəri zamanı müzakirə olunacağını istisna etməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar