Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İcra başçısı olmayan rayonlar - SİYAHI

Tarix: 23-01-2022 17:39     Baxış: 4274 A- / A+
İcra başçısı olmayan rayonlar (SİYAHI)
Yanvar ayının 19-da Prezident İlham Əliyev Abşeronun icra başçısı İradə Gülməmmədovanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə paytaxtın Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev vəzifəsindən azad edilərək Abşerona yeni başçı təyin olunub.

Hələlik Nərimanov rayonuna icra başçısı təyin edilməyib.
Məlumat üçün bildirək ki, Abdin Fərzəliyev 2005-ci ilin dekabr ayında bu rayona rəhbər gətirilmişdi. O,uzun illərdən sonra fəaliyyətini digər rayonda - Abşeronda davam etdirəcək.
Hazırda Bakının Nərimanov rayonu ilə birlikdə 6 rayonun icra başçısı postu boş qalır.
Həmin rayonların siyahısını təqdim edirik:
Nizami rayonu 
Nərimanov kimi, Bakının Nizami rayonuna da icra başçısı təyin edilməyib. Sabiq başçısı Arif Qasımov Prezident İlham Əliyevin 22 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə rayona başçı gətirilmişdi. O, 11 iyul 2020-ci ildə həmin vəzifədən azad edilib.
Gədəbəy
Gədəbəyin də icra başçısı postu boşdur. 2018-ci ildən rayonu idarə edən İbrahim Mustafayev 2021-ci il oktyabrın 5-də vəzifəsindən azad edilərək, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Ötən ildən bəri Gədəbəyə başçı təyinatı həyata keçirilməyib.
Göygöl
Sabiq icra başçısı Arif Seyidovun 14 illik rəhbərliyindən sonra Göygöl başsız qalan rayonlar sırasındadır. Belə ki, 2006-ci ilin fevralın 23-də başçı təyin olunan Arif Seyidov Prezidentin sərəncamı ilə 22 may 2020-ci ildə vəzifəsindən azad edilib. Hələlik bu rayona təyinat gerçəkləşdirilməyib.
Kürdəmir
2020-ci il avqustun 19-da Baş Prokurorluğun keçirdiyi əməliyyat nəticəsində Kürdəmirin icra başçısı Ceyhun Cəfərov saxlanılıb. Həbs edilən icra başçısı avqustun 20-də vəzifəsindən azad edilib. Məlum olaydan sonra Kürdəmirin icra başçısı postu hələlik boş qalır.
Lerik
Başçısız qalan rayonlardan biri də Lerikdir. Ölkə başçısının 2 aprel 2007-ci il tarixli Sərəncamı ilə bu rayona icra başçısı gətirilən Rövşən Bağırov ötən il aprelin 29-da vəzifədən çıxarılıb və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. R. Bağırovun əvəzinə təyinat aparılmayıb./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar