Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Avropa komissarı Azərbaycana səfər edəcək

Tarix: 23-01-2022 10:16     Baxış: 3175 A- / A+

Avropa İttifaqı tərəfdaşları ilə bloka qaz tədarükünün artırılması imkanları ilə bağlı danışıqlar aparır.
Bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə üzvü Kadri Simson Aİ enerji nazirlərinin qeyri-rəsmi toplantısının keçirildiyi Fransanın Amiens şəhərində mətbuat konfransı zamanı deyib.
Kadri Simson Avropaya qaz tədarükünün artırılması yollarını müzakirə etmək üçün fevralda Azərbaycan və ABŞ-da keçiriləcək konfranslarda iştirak edəcəyini bildirib.

Onun sözlərinə görə, nazirlər Ukrayna böhranının səbəb olduğu bazar qeyri-müəyyənliyini və son aylarda Rusiyadan tədarükün əhəmiyyətli dərəcədə azalmasını müzakirə etmək üçün Amiens şəhərində görüşüblər.
"Mesajım ondan ibarətdir ki, Avropanın etibarlı, yaxşı şaxələndirilmiş və dayanıqlı qaz infrastrukturu, habelə fövqəladə hallar zamanı aydın həmrəylik prosedurları var", - deyə o bildirib.
K.Simson əlavə edib: "Lakin biz son dərəcə diqqətli olmalı, risklərə hazırlığımızı artırmalı və üzv dövlətlər arasında həmrəyliyi gücləndirməliyik".

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar