Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan tərəfindən döyüşmüş ekstremist həbs olundu

Tarix: 21-01-2022 23:21     Baxış: 4183 A- / A+

Manevr.az "report"a istinadən xəbər verir.

Məlumata görə, prezidentliyə namizəd, ifrat sağçı Erik Zemmurun dekabr ayında keçirilən mitinqində zorakılıq tətbiq etdiyi üçün nümayişlərdə iştirakına qadağa qoyulan De Kakkere-Valmenir yanvarın 15-də keçirilən aksiyada iştirak etdiyi üçün saxlanılıb və sonra həbs edilib.

De Kakkere-Valmenir daha əvvəl Parisdəki barda hücuma görə bir il həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, onun aksiyalarda iştirakına qadağa qoyulmuşdu.

Bu, ekstremist qruplaşma rəhbərinin ilk həbsi deyil. O, 2018-ci ilin dekabrında “sarı jiletlilər”in nümayişində zorakılığa görə 6 ay, bara hücuma görə isə 10 ay həbs cəzasına məhkum edilmişdi.

Xatırladaq ki, “Zouaves Paris” qruplaşmasının lideri 2020-ci ilin oktyabrında ikinci Qarabağ müharibəsində işğalçı Ermənistanın tərəfində müharibədə iştirak etdiyini bildirmişdi. Mark de Kakkere-Valmenir instaqramdakı səhifəsində qeyd etmişdi ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb. Mark de Kakkere "Kalaşnikov" avtomatı lə hərbi formada şəklini paylaşaraq ermənilərlə əməkdaşlıqla "xarici könüllülər briqadası"nı yaratmaq arzusunu açıqlamışdı.

Özünü faşist adlandıran Mark de Kakkere-Valmenir Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına “Zouaves Paris” adını verib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar