Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Sülhməramlı helikopter Xocavənddə yaralanan uşağı İrəvana apardı

Tarix: 21-01-2022 22:20     Baxış: 3272 A- / A+
Qarabağın ermənilər yaşayan hissəsində baş verən avtoqəza erməniləri çıxılmaz vəziyyətə salıb.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Xocavənd ərazisində baş verib. Hadisə zamanı yaralanan uşaq Rusiya sülhməramlılarına məxsus helikopterlə İrəvana (?!-red) aparılıb. Bu barədə Qarabağ separatçılarının nümayəndəsi Artak Beqlaryan məlumat verib. Separatçının dediyinə görə, 19 yanvarda baş verən qəza nəticəsində 4 uşaq xəsarət alıb, onlardan üçü orta dərəcəli, biri isə ağır yaralanıb. Bu səbəbdən onu təcili İrəvana çatdırmaq qərarı verilib. Ancaq hava şəraiti ilə əlaqədar olaraq sülhməramlıların helikopteri 21 yanvarda havaya qalxıb.

Həkimlərin müşayiəti ilə uşaq Ermənistana aparılıb və əməliyyata götürülüb. Separatçılar rus sülhməramlıların komandanı general-mayor Andrey Volkova təşəkkür etməyi də unutmayıblar.

İstənilən halda, sülhməramlılara məxsus helikopterin Azərbaycan ərazisindəki yaralını Bakıya deyil, İrəvana aparması əcaibdir. Azərbaycandan icazə alınıbmı?..

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar