Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Son dəqiqə! MÜDAFİƏ NAZİRİ ZAKİR HƏSƏNOV ORDUYA CİDDİ TAPŞIRIQ VERDİ:HAZIR OLUN!

Tarix: 15-03-2017 20:30     Baxış: 1390 A- / A+
Son dəqiqə!

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov birlik, birləşmə və hərbi hissə komandirlərinin və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb.
Müdafiə Nazirliyindən Sonxeber.az-a-a verilən məlumata görə, döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparan Müdafiə naziri bu istiqamətdə fəaliyyətlərin yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilmələri və bir çox məsələlərlə bağlı fikirlərini bölüşüb.
Silahlı Qüvvələrin qazandığı nailiyyətləri xüsusi qeyd edən nazir əldə olunan uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb.
Sonda nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin daima gücləndirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılması, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılması, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsi və digər sahələrlə bağlı səylərin artırılması istiqamətində konkret tapşırıqlar verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar