Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan son qərarı verməkdən niyə qorxur?

Tarix: 20-01-2022 20:27     Baxış: 4188 A- / A+
"Görünür Nikol Paşinyan ölkəsinə nəzarət edə bilmir. Kəlbəcərdəki son təxribatlar belə deməyə əsas verir".

Bunu açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Paşinyan orduya tam nəzarət edə bilmir:

"Paşinyan ordusuna və siyasi meydana nəzarəti əlində saxlaya bilmir. Nəzarət edə bilsəydi yəqin ki, tamamilə fərqli mənəzərənin şahidi olardıq. Görün Ermənistanda vəziyyət nə yerdədir ki, hazırda məhkəmə prosesləri gedir, bu proseslərə həm keçmiş hərbi strukturların rəhbərləri cəlb olunurlar, eyni zamanda hazırda baş qərargah rəsini cinayət işi ilə bağlı dindirirlər. Bu nə deməkdir? O deməkdir ki, Paşinyan orduya tam nəzarət edə bilmir. Belə vəziyyətdə əlbəttə, orduda da hərcmərclik baş verir, kim necə istəyir elə hərəkət edir. Bu gərginlikdən daxili məqsədlər üçün istifadə edirlər, hələ də revanşist qruplar var. O cümlədən orduda və siyasi sfera daxilində revanşist qüvvələr var, müxtəlif əlaqələri var. Bəlkə də Azərbaycanla sərhəddə bu və digər təxribatlar onların sifarişi ilə həyata keçirilir. Bu, ondan xəbər verir ki, Ermənistanda vəziyyət tam olaraq Paşinyanın nəzarətində deyil.

Digər tərəfdən də ölkənin siyasi meydanında və orduda mövcud olan bu cür revanşist, əks cəbhə qüvvələrindən Paşinyan qorxur, bəzi məsələlərdə çəkinir, tərəddüd edir. Nəticə etibarı ilə də iki başlı bəyanatlarla çıxış edir.

Çünki Ermənistanda hələ də hərbi çevriliş qorxusu mövcuddur. Hələ saxlanılan şəxslərin cinayət işləri davam etdirilir. Müxtəlif yeni fiqurantlar bu işə cəlb olunurlar. Bu o deməkdir ki, hələ orduda Paşinyanın əleyhinə kifayət qədər çıxış edənlər var. Digər yandan da Paşinyan özü zəif siyasətçi olduğuna görə özü üçün bir konkret xətt müəyyən etməyib, nə nala vurur, nə mıxa. Müxtəlif siyasi baxışların, elektaratın - həm revanşistlərin, həm də sülhə can atanların rəğbətini qazanmaq istəyir. Ona görə də nəticə etibarı ilə bax bu qeyri-müəyyənliyə gətirib çıxarır. Yəni Ermənistanın daxili siyasətində də, xarici siyasi addımlarında da bunu aydın sezmək mümkündür". milli.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar