Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan hərəkətə keçdi: “Gözlənilən görüş Ankarada baş tuta bilər”

Tarix: 19-01-2022 22:40     Baxış: 3220 A- / A+
“Əgər Putin və Zelenski gərginliyin azalması üçün vasitəçi axtarırlarsa, görüş üçün ən optimal məkan Türkiyədir”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, ehtimal olunan Rusiya-Ukrayna müharibəsinin Türkiyə üçün də geosiyasi və geoiqtisadi mənada mənfi nəticələri ola bilər:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentlərini iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün ölkəsinə dəvət edib. Prezidentin sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır və dövlət başçısı Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardığı kimi Ukrayna lideri Vladimir Zelenksi ilə də danışıqlar aparır.

Yaxşı təşəbbüsdür. Əgər Putin və Zelenski gərginliyin azalması üçün vasitəçi axtarırlarsa, görüş üçün ən optimal məkan Türkiyədir. Qərb paytaxtlarından fərqli olaraq Ankaranın həm Moskva, həm də Kiyevlə tərəfdaşlıq münasibətləri var. Rusiya-Ukrayna müharibəsinin Türkiyə üçün də geosiyasi və geoiqtisadi mənada mənfi nəticələri olacaq. Putin və Zelenski Ankarada görüşə bilərlər. Ancaq bu mövcud məsələlərin həlli üçün yetərli deyil.

Problem ondadır ki, Rusiya Kırm və Donbas separatçılarına dəstəkdən, Kiyev isə öz ərazilərini geri qaytarmaq təşəbbüslərindən əl çəkən deyil. Türkiyənin vasitəçiliyi sadəcə Rusiya-Ukrayna müharibəsini bir müddət gecikdirə bilər”. teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar