Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada dövlət çevrilişi gözləntisi

Tarix: 18-01-2022 21:09     Baxış: 3173 A- / A+
Rusiyalıların 22 faizi 2022-ci ildə ölkədə dövlət çevrilişi olacağını gözləyir. Novator.az-ın məlumatına görə, bunu “Levada” mərkəzinin keçirdiyi sorğu göstərib.

Sorğu 2021-ci il dekabrın 16-dan 22-dək Rusiya Federasiyasının 50 subyektini əhatə edən 137 yaşayış məntəqəsində, 1640 nəfər arasında keçirilib.

“Levada” oxşar rəy sorğularını əvvəllər də aparıb. Mərkəzin mütəxəssisləri deyirlər ki, son sorğunun nəticəsi ölkədə yaxın zamanda dövlət çevrilişi olacağını gözləyənlərin sayının artmasından xəbər verir. 2006-cı ildən bəri təşkil olunan sorğularda bu gözləntinin sayı heç vaxt 22 faizə çatmayıb. 2020-ci il sorğusu zamanı yaxın gələcəkdə dövlət çevrilişi olacağını deyən respondentlərin sayı 10 faizdən bir qədər çox olub.

2021-ci ilin dekabr sorğusu ölkədə iqtisadi böhran, texniki qəza, kütləvi epidemiya gözləntilərinin də artdığını üzə çıxarıb. 2022-ci ildə iqtisadi böhran olacağını gözləyənlərin sayı 14 faizə, texniki qəzaların baş verəcəyini gözləyənlərin sayı 13 faizə qalxıb. Kütləvi epidemiya gözləntisi isə daha çox artaraq 47 faiz təşkil edib.

“Levada”nın 2021-ci ilin dekabrında apardığı sorğu 2022-ci ildə Rusiyada milli zəmində münaqişələrin düşəcəyindən, qonşu dövlətlərlə və ya NATO ilə müharibənin baş verəcəyindən ehtiyatlanan rusiyalıların sayının da artdığını göstərib. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar