Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elton Məmmədov Ramiz Mehdiyevi yenidən məhkəməyə verdi

Tarix: 17-01-2022 16:18     Baxış: 3194 A- / A+



Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb.
Manevr.az xəbər verir ki, Elton Məmmədovun iddiasına Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova tərəfindən baxılacaq. 

Qeyd olunur ki, iddia əmək münasibətləri üzrə mübahisələrlə əlaqəli qaldırılıb. 

Məlumat üçün bildirək ki, Texniki Universitetdə  prorektor vəzifəsində çalışan Elton Məmmədov 27 noyabr 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkına direktor təyin olunub. Daha sonra AMEA-nın prezidenti Ramiz Mehdiyevin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə AMEA İşlər idarəsinin müdiri təyin olunub.
 
Ötən ilin aprel ayında isə mətbuatda Elton Məmmədovun işdən çıxarılması barədə məlumatlar yayıldı. Daha sonra Elton Məmmədov mətbuata verdiyi açıqlmada AMEA-nı məhkəməyə verdiyini bildirib. Qeyd olunub ki, Səbail Rayon Məhkəməsinin 10 dekabr tarixli qərarı ilə Elton Məmmədov işinə bərpa olunub.

Onu da bildirək ki, Elton Məmmədov AMEA İşlər idarəsinin müdiri olan zaman onun müavini Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyev olub. Elton Məmmədovu vəzifəsindən azad etdikdən sonra onun yerinə Fikrət Əliyevin təyin olunduğu bildirilir. Lakin, AMEA-nın rəsmi saytında bu barədə heç bir məlumat yoxdur. Rəsmi saytda digər idarə və şöbələr barədə, onların rəhbərləri haqqında məlumatlar olsa da, İşlər idarəsi barədə heç bir məlumat yoxdur./yeniavaz.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar