Xəbər lenti
Yeni dövr: ya imperiya quracağıq, ya da.. – Sensasion baxış
Mənim fikrimcə, dünya yeni bir mərhələyə daxil olub.
Bu sözləri sabiq baş nazir, politoloq Pənah Hüseyn Müsavat TV-nin efirində Qazaxıstanda baş verənlər fonunda apardığı qiymətləndirmələr zamanı deyib.
O bildirib ki, bunun ilk əlamətlərindən biri Qazaxıstan hadisəsidir:
“Alınacaq, alınmayacaq – bilmirəm, ancaq bu, SSRİ-nin yenidən bərpasına cəhdlərə stimul verə bilər. Digər tərəfdən, deyəsən, milli dövlətlər dövrü yavaş-yavaş başa çatmaqdadır, mən bu barədə xeyli vaxtdır danışıram. Hətta bir sıra xalqlar milli dövlət kimi formalaşmamış yeni formaya keçməyə məcbur olacaqlar. Bunu ənənəvi terminlə “imperiyalaşma dövrü” adlandırırıq”.
Pəhan Hüseyn bildirib ki, ya biz öz imperiyamızı yaratmalıyıq, ya da hansısa böyük imperiyanın tərkibində və böyük ehtimalla vassal olmağa məhkumuq.
Buna baxmayaraq, P.Hüseyn KTMT qüvvələrinin Qazaxıstana çağırılmasını millət xəyanət hesab etdiyini də vurğulayıb.
Qeyd edək ki, bu mövzuda ilk açıqlamanı bir neçə gün öncə Milad tədbirində Belarus lideri Aleksandr Lukaşenko verib. O bildirib ki, yeni dünya nizamında “bizim kimi (Belarus nəzərdə tutulur – red.) dövlətlərin təkbaşına müstəqilliyini saxlaması nəinki çətindir, mümkün deyil”. Buna görə də Lukaşenko Rusiya ilə İttifaq Dövlətinin qurulması və bura Ukrayna və Qazaxıstanın da daxil olması vacibliyindən bəhs edib.
Bu gün isə KTMT-nin toplantısında Lukaşenko Özbəkistana Qazaxıstanın taleyini xatırlatmaqla İttifaq Dövləti ideyasının 4 dövlətlə kifayətlənmədiyinə işarə etdi. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar