Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Putin, Qazaxıstandan əlini çək!” - Aksiya

Tarix: 09-01-2022 09:04     Baxış: 4214 A- / A+

 Bu gün Bakı vaxtiıyla axşam, Vaşinqton vaxtıyla səhər saatlarında bir qrup qazaxıstanlı və ukraynalı Ağ Evin - ABŞ prezidentinin administrasiyasının qarşısında etiraz aksiyası keçirib.


Bu haqda Vaşinqtonda yaşayan həmvətənimiz Zaur Bayramlı məlumat yayıb. O, bildirib ki,  aksiyaya qatılanlar Qazaxıstanda sosial tələblərlə başlayan etiraz mitinqlərinin iğtişaşa çevrilməsindən istifadə edən Rusiyanın Qazaxıstana ordu birləşmələri yeritməsinə etiraz bildirirlər.  

Aksiyada "Putin, Qazaxıstandan əlini çək", "KTMT ordusu Qazaxıstanı tərk etsin", "Tokayev, istefa", "İnternet bərpa edilsin", "Biz terrorist deyilik, xalqıq", "Putin, Qazaxıstandan çıx" kimi şüarlar səsləndirilib və plakatlar qaldırılıb.

Həmçinin Nazarbayevin də əleyhinə şüarlar səsləndirən aksiyaçılar və çıxışçılar olayların səbəbkarları kimi Nazarbayev-Tokayev cütlüyünü göstəriblər.

Aksiyanın keçirildiyi məkanda, yəni Ağ Evin önündə qazaxlardan bir az əvvəl rus müdaxiləsindən əziyyət çəkən başqa bir xalqın - ukraynalıların da Rusiya əleyhinə aksiyası vardı.

Aksiyaları başa çatan Ukraynalıların çoxusu meydanı tərk etməyərək Ukrayna bayraqları və çıxışları ilə Qazaxıstana dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, həmvətənimiz həmin aksiyaya qızı ilə birlikdə qatılıb və, Qazaxıstan, eləcə də Ukrayna xalqına dəstəyini ifadə edib. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar