Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Niderland Türkiyədən üzr istədi -VİDEO

Tarix: 15-03-2017 09:49     Baxış: 6561 A- / A+
Niderland Türkiyədən üzr istədi


“Bizim məqsədimiz nə Nidellandla, nə də Avropa ilə əlaqələrimizi kəsmək deyil. Biz hüquqlarımızı qoruyuruq. Bizə təhqir ünvanlanarsa, biz də bunun altında qlamarıq”.

Türkiyənin baş naziri Binəli Yıldırım qatıldığı bir televiziya proqramında deyib. Onun sözlərinə görə, Niderland Türkiyədən rəsmi şəkildə yazılı üzr istəməyənə qədər onlarla heç bir əlaqə qurulmayacaq.

Baş nazir Binəli Yıldırım Niderlandın baş naziri Mark Rutte Türkiyənin Rotterdamdakı baş konsulu və məsləhətgüzarın saxlanılmasına görə şifahi şəkildə üzr istəyib. Bundan başqa, o, iki dövlətin əlaqələrini müzakirə etmək üçün danışıqlara dəvət edib.

Binəli Yıldırım bununla belə Avropada Türkiyəyə qarşı qərəzli münasibətlər olduğunu gizlətməyib. Onun fikrincə, Avropada PKK, FETÖ kimi terror təşkilatlarına dəstək verməklə, Türkiyənin təhlükəsizliyinə təhdidlər yaranır. Baş nazir deyib ki, Türkiyə də, məhz bu məsələdə mübarizəsinə davam etdirəcək.

Qeyd edək ki, martın 11-də Niderland Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata etiraz bəyanatı təqdim edilib. Bundan sonra, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Niderland hömumətinin ünvanına sərt bəyanatlar verib.

Bundan sonra Türkiyə hökuməti Niderlanda qarşı 4 sanksiya tətbiq edib. Türkiyənin Hollandiyaya tətbiq etdiyi sanksiyalar bunlardır:

1. Məzuniyyətdə olan Hollandiya səfirinin Türkiyənin bildirdiyi məsələlər həll edilməyənə qədər Ankaraya qayıtmağına qadağa qoyulsun;

2. Hollandiya etdiyi hərəkətlərini bərpa edənə qədər yüksək səviyyəli münasibətlər təxirə salınsın;

3. Rəsmi səfərlər üçün Türkiyəyə gələn diplomatların uçuşuna qadağa qoyulsun. Məsələ həll edilənə qədər diplomatik uçuşlara icazə verilməyəcək;

4. Türkiyə Böyük Millət Məclisi ilə Hollandiya parlamenti arasındakı dostluq qrupunun Türkiyə bölümünün ləğv edilməsi Milli Məclisə tövsiyyə edilsin. ölkə.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar