Xəbər lenti
Banklar vətəndaşlara niyə yalançı SMS-lər göndərir? - AÇIQLAMA

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, istehlakçılara yanlış məlumatın verilməsi qanunla qadağandır.
“Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna da ziddir. İstər banklar, istərsə də maliyyə xidmətləri göstərən digər qurumlar vətəndaşa onun ödəmə qabiliyyətinə və ya ala biləcəyi kredit məbləğinə uyğun olaraq məlumat göndərməlidir. Misal üçün, kimlər hansı şərtlər daxilində hansı məbləğdə kredit ala bilər.
Yəni vətəndaşa ümumi məlumatların göndərilməsi qanunaziddir. Çünki vətəndaş zaman sərf edir, banka gedir amma sonradan bəlli olur ki, vətəndaşın həmin məbləğdə kredit almaq hüququ yoxdur”, - deyə deputat bildirib.
O qeyd edib ki, bu məsələnin tənzimlənməsi, Mərkəzi Bank tərəfindən də bu hallarla bağlı xüsusi qaydaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki nəticə etibarı ilə bağlı bankların göndərdiyi SMS-lər və ya kreditlə bağlı dəvətlər vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar