Xəbər lenti
Almatıda iğtişaşlar nəticəsində güc strukturlarının 12 əməkdaşı həlak olub
Almatı şəhərində etirazçılarla toqquşmalar zamanı güc strukturlarının 12 əməkdaşı həlak olub, daha 353 əməkdaş yaralanıb.
Manevr.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın dövlət telekanalı məlumat yayıb.
Almatı komendantlığından “Xəbər 24” telekanalına bildiriblər ki, yerli vaxtla saat 13:00-a (Bakı vaxtı ilə 11:00) olan məlumata görə, terrorçular hüquq-mühafizə orqanlarının 353 əməkdaşına xəsarət yetiriblər, onlardan 12-si həyatını itirib. Cəsədlərdən biri başı kəsilmiş vəziyyətdə aşkarlanıb.
Rəsmilər sonuncu faktı şəhərə hücum edən “quldur birləşmələrinin terrorçu və ekstremist xarakterli” olduğunun birbaşa sübutu kimi qiymətləndiriblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar