Xəbər lenti
Fikrət Məmmədov təşkilatın vitse-prezidenti seçildi
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov beynəlxalq antikorrupsiya təşkilatının vitse-prezidenti seçilib.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) videoformatda təşkil edilən ümumi yığıncağında qurumun rəhbərliyinin seçkisi keçirilib və Honqkonqun Antikorrupsiya Komissiyasının rəhbəri təşkilatın yeni prezidenti, Azərbaycanın Assosiasiyaya yaradıldığı gündən daim göstərdiyi əməli dəstək, habelə işinə verdiyi dəyərli töhfələri nəzərə alınaraq, respublikamızın ədliyyə naziri isə yenidən qurumun vitse-prezidenti seçilib.
Tədbirdə çıxış edən nazir F.Məmmədov IAACA-nın qlobal antikorrupsiya fəaliyyətində mühüm rolunu qeyd edib, bu sahədə ölkəmizin təcrübəsini bölüşərək, dövlət başçısının rəhbərliyi ilə respublikamızda korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib. Nazir Assosiasiyanın inkişafına bundan sonra da öz səylərini əsirgəməyəcəyini bildirib, IAACA-nın gələcək fəaliyyətinə dair təkliflər irəli sürüb.
Eyni zamanda, IAACA-nın Konstitusiyasına dəyişikliklərin edilməsi, qurumun Baş katibinin, fəxri üzv və müşavirlərin seçilməsi məsələsinə baxılıb, ölkəmizin təklifləri nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub.
Elə həmin gün Assosiasiyanın yeni formalaşdırılmış İcraiyyə Komitəsinin iclası keçirilib. IAACA-nın rəhbər orqanı olan Komitədə bütün qitələrdən, o cümlədən Avropadan İtaliya, İspaniya, Fransa, Azərbaycan və s. təmsil olunur.
İclasda təşkilati və digər məsələlər müzakirə olunub, antikorrupsiya tədbirlərinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı Assosiasiya rəhbərliyinin konkret regionlar üzrə səlahiyyətləri müəyyən edilib. 20-dən çox dövləti əhatə edən Şərqi Avropa regionu ölkəmizin ədliyyə nazirinə həvalə olunub.
Qeyd edilib ki, IAACA tərəfindən konkret regionlar üzrə korrupsiya ilə mübarizə sahəsində fəaliyyətin əlaqələndirilməsi, Assosiasiyanın bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, müsbət təcrübələrin bölüşülməsi, bu məqsədlə görüşlərin, treninqlərin və digər tədbirlərin təşkili nəzərdə tutulur.
Bununla əlaqədar iclasda müvafiq fəaliyyət planının hazırlanması qərara alınıb. modern.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar