Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

8 Martda terror törədiləcəkmiş

Tarix: 15-03-2017 08:19     Baxış: 7433 A- / A+
8 Martda terror törədiləcəkmiş

Rusiya xüsusi xidmət orqanları Moskvada 8 Mart - Beynəlxalq qadınlar günü keçirilən bayram tədbirləri zamanı planlaşdırılan terror aktının qarşısını alıblar. “İzvestiya”-nın verdiyi xəbərə görə, martın əvvəlində Moskva aeroportlarından birində İstanbuldan gəlmiş Tacikistan vətəndaşı M.İzatillo yoxlanış tədbirləri çərçivəsində saxlanılıb. Saxlanılan şəxs ömürlük həbs olunacağı Tacikistana deportasiya ediləcəyini anladıqda, telefonunu sındırmağa çalışıb, sonra isə qayçını boynuna sancaraq, boğazını kəsməyə cəhd edib.

Saxlanılan şəxs xəstəxanaya çatdırılıb. Onun Suriyada İŞİD sıralarında döyüşdüyü məlum olub.

Aparılan istintaq tədbirləri zamanı Tacikistan vətəndaşı Moskvaya terror aktı törətmək məqsədi ilə gəldiyini etiraf edib. O, 8 Mart - Beynəlxalq qadınlar günü keçirilən bayram tədbirləri zamanı özünü partlatmağa hazırlaşırmış.

Hazırda terrorçu ilə əlaqəli olan şəxslər müəyyənləşdirilir. Məlumata görə, o, Moskvada
partladıcı qurğu ilə təmin edilməli imiş. M.İzatillo dindirildikdən sonra Tacikistana təhvil verilib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar