Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın tibbi yardım göstərdiyi erməni hərbçi ölkəsində baxımsızlıqdan əlil ola bilər

Tarix: 04-01-2022 22:22     Baxış: 3390 A- / A+
Azərbaycanın tibbi yardım göstərdiyi erməni hərbçi ölkəsində baxımsızlıqdan əlil ola bilərNoyabrın 26-da Azərbaycan saxlanılan iki erməni hərbçisini İrəvana təhvil verib.

Onlardan biri Aren Aramyandır. O, noyabrın 16-da Zəngəzur istiqamətində saxlanılıb.

"Aren döyüş zamanı diz nahiyəsindən yaralanıb. O, Azərbaycanda iki dəfə əməliyyat olunub. Ayağını hərəkət etdirməyə başlaması üçün raen, Ermənistanda reabilitasiya kursundan keçməli idi. Lakin vətənə qaytarıldıqdan sonra həbs olundu", - deyə hərbçinin vəkili Ara Karapetyan bildirib.

Onun sözlərinə görə, hazırda Aren heç bir reabilitasiya müalicəsi almır və psixo-emosional vəziyyəti baxımından heç də ən yaxşı formada deyil. Belə ki, Ermənistana qaytarılandan sonra Aren Mərkəzi Hərbi Hospitalın həkimlərinin nəzarəti altında olub və xəstəxana çarpayısından birbaşa həbsxana kamerasına aparılıb.

Xatırladaq ki, kiçik çavuş Aramyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsilə (ağır nəticələrə səbəb olan döyüş vəzifəsi və ya hərbi xidmət qaydalarının pozulması) cinayət işi qaldırılıb. sonxeber.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar