Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gecə evdən çölə çıxmayın - XƏBƏRDARLIQ

Tarix: 14-03-2017 15:02     Baxış: 1283 A- / A+
Bu gecə evdən çölə çıxmayın

Son 2 gün ərzində Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarı sanitar normadan artıqdır. Buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosfer axınları ilə, əsasən də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib.
Əlverişsiz meteoroloji şəraitlə bağlı bu gün də atmosfer havasında tozun miqdarının bir qədər də artacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirib ki, bu gün axşam saatlarında Ərəbistanla yanaşı Türkmənistandan da tozlu hava ölkə ərazisinə daxil olacaq: “Bunun gecə saatlarına təsadüf etməsi yaxşı haldır. Çünki həmin saatlarda insanlar küçədə daha az olurlar. Tozlu havanın müşahidə edilməsi cənub, cənub-şərq küləklərinin daxil olması ilə bağlıdır. Bu axşam və sabah gündüz saatlarında da tozlu hava davam edəcək. Ayın 16-dan bu hava axını üzərimizdən keçəcək, hava daha təmiz olacaq”.
M.Avazova bu gün səhər saatlarından aparılan monitorinqlərin nəticələrinə əsasən, atmosfer havasında tozun miqdarı normadan çox olduğunu deyib: “Bu tozlu hava ətraf mühitə çox təsir etmir. Lakin nəfəs yollarında problemi olanlar yaxşı olar ki, bu günlərdə qapalı məkanda olsunlar. Çünki açıq havada olmaq onlar üçün discomfort hissi yarada bilər. Həmin tozun tərkibi araşdırılıb, sağlamlıq üçün zərərli maddə aşkarlanmayıb. Bu təbii, torpaq mənşəli tozdur. Bu hallar əsasən yaz və payız aylarında müşahidə edilir. Bəzən heç qeydə alınmır. Proses meteoroloji şəraitlə bağlıdır. Artıq bir həftədir cənub küləklərinin ölkə ərazisində hökmran olması səbəbindən belə hal qeydə alınıb. Hazırda bu hal Bakı, Abşeron yarımadası və Sumqayıt ərazisində müşahidə edilir”.
Pulmunoloq Əlizamin Sadıqov son günlər bronxial astma, xroniki ağciyər xəstələrinin müraciətində artım qeydə alıdıqlarını dedi:
“Lakin bu kəskin respirator virus xəstəlikləri ilə bağlıdır. Çünki yanvar, fevral aylarında bu xəstəliklər pik həddə olur. Onun davamında allergik xəstəliklərin birdən-birə kəskinləşməsi baş verir. Ona görə də bu günlərdə astma xəstələrinin müraciətində kifayət qədər artım var”.
Pulmunoloq tozlu havada təkcə astma deyil, bütün xroniki respirator xəstəliklərindən əziyyət çəkənlər üçün ciddi risk faktoru olduğunu dedi:
“Bu cür hava sağlam insanlara heç bir təsiri olmur. Lakin xroniki ağciyər və bronxial astma xəstələri tozlanmanın yüksək olduğu ərazilərdə xüsusi tənəffüs respiratorlardan istifadə etməli, maksimum şəkildə evdən çıxmamağa çalışmalı, qapı-pəncərələri çox da açıq saxlamamalıdır. Mümkün qədər küçədə qalmamaq tövsiyə edilir. Bu cür havada xroniki ağciyər xəstələri üçün bronxial astma xəstələrindən daha diqqətli olmalıdırlar. Çünki tozlu hava ilə kontakt zamanı astmanın kəskinləşməsi baş verə bilər”. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar