Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüş vaxtı açıqlandı

Tarix: 31-12-2021 13:49     Baxış: 4319 A- / A+
Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüş vaxtı açıqlandı
Münasibətlərin normallaşdırılması üçün Türkiyə və Ermənistan nümayəndələrinin ilk görüşü yanvarda baş tutacaq. 
Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
"Tarix hələ məlum deyil, lakin onun görüşün yanvarda baş tutacağı gözlənilir", - Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.O əlavə edib ki, yaxın günlərdə İstanbul və İrəvan arasında aviareyslər açılacaq.
Xatırladaq ki, parlamentin vitse-spikeri Ruben Rubinyan Ermənistan tərəfdən, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç xüsusi nümayəndə təyin edilib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Moskvada xüsusi nümayəndələrin görüşünü keçirməyə hazır olduğunu təsdiqləyib. Eyni zamanda o, Türkiyənin "Ermənistanla vasitəçi olmadan birbaşa təmasların” tərəfdarı olduğunu vurğulayıb.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlanıb. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və Osmanlı İmperiyasında 1915-ci il qondarma "Erməni Soyqırımı”nın beynəlxalq aləmdə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olub.qaynarinfo 

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar