Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Aİİ-də ilin yekunları ilə bağlı iclasda əməkdaşlara təşəkkürnamələr təqdim olunub

Tarix: 30-12-2021 12:27     Baxış: 3313 A- / A+




Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) rəhbərlik, müəllim və əməkdaşların iştirakı ilə ilin yekunlarına həsr olunmuş iclas keçirilib.
Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə səmimi arzularını ifadə edib. Həmrəylik Gününün tarixindən bəhs edən rektor Azərbaycan xalqının Vətən müharibəsindəki birliyinin həmrəyliyimizin bariz nümunəsi olduğunu vurğulayıb. Bildirib ki, Şanlı Qələbəmiz Prezident İlham Əliyevin güclü iradəsini, xalqımızın sarsılmaz əzmini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.




Daha sonra rektor Aqil Şirinov 2021-ci ildə görülən işlər və qarşıda duran hədəflər, vəzifələr haqqında söhbət açıb. Bildirib ki, bu il də İnstituta qəbul prosesi uğurla həyata keçirilib.
Ali təhsil müəssisəsinin rəhbəri tələbələrin bilik səviyyələrinin artırılması, dünyagörüşlərinin zənginləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. A.Şirinov təhsilalanların Azərbaycanda mövcud olan müxtəlif dini ibadət ocaqları ilə əyani tanışlıq məqsədilə səfərlərin təşkil edildiyini vurğulayıb.
Aİİ-də bu il ilk məzun buraxılışı olacağını vurğulayan İnstitut rəhbəri əsas məqsədin müasir dünyagörüşlü, savadlı, vətənpərvər gənc kadrların formalaşdırılması olduğunu nəzərə çatdırıb.
İclasın sonunda iş fəaliyyətində fərqlənən İnstitut əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar