Xəbər lenti
"İran Xankəndinə idmançı göndərməyib"
İran Azərbaycanın Xankəndi şəhərində keçirilən qarışıq döyüş növləri üzrə yarışda idmançılarının iştirak etmədiyini açıqlayıb.
Bu barədə İranın Bakıdakı səfirliyindən məlumat verilib.
"Özünü İran vətəndaşı kimi təqdim edən bir neçə şəxsin 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində döyüş yarışlarında iştirakı ilə bağlı bildirmək istərdik ki, İran İslam Respublikasında MMA (qarışıq döyüş növləri) qeyri-ənənəvi döyüş idmanı zorakılıq səbəbi ilə, həmçinin mərclə əlaqəsi olduğu üçün rəsmən tanınmır və qadağan olunmuş oyunlar sırasındadır. Buna görə də, bu döyüş növünün İran İslam Respublikasında heç bir federasiyası yoxdur. Bu sahə ilə məşğul olanlar isə gizli və qeyri-qanuni fəaliyyət göstərirlər.
Dekabrın 28-də Azərbaycan Respublikasının Xankəndi şəhərində keçirilən yarışların iştirakçılarının İran İslam Respublikasının İdman Nazirliyi ilə heç bir əlaqəsi yoxdur və onlar dünyanın istənilən yerində qeyri-qanuni olaraq yarışlarda iştirak edirlər.
Səfirlik bu şəxslərin Xankəndi şəhərində adı keçən qanunsuz yarışlarda iştirakı ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyinin siyasəti arasında əlaqənin olmadığını bir daha vurğulayır", - məlumatda qeyd olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar