Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın keçmiş naziri barəsində axtarış elan olunub

Tarix: 22-12-2021 14:28     Baxış: 3244 A- / A+
Ermənistanın keçmiş mədəniyyət və gənclərin işi üzrə naziri Asmik Poqosyan barəsində axtarış elan olunub.

Manevr.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə o, qanunsuz bina alverində ittiham olunur.

Qeyd edək ki, bu ilin aprelində Ermənistanın İsraildəki səfiri Armen Smbatyan barəsində də bu məsələ üzrə cinayət işi başlanılıb. Bildirilib ki, səfir vəzifə səlahiyyətlərindən sui-istifadə edərək keçmiş nazir Asmik Poqosyanla cinayət əlaqəsinə girməkdə və çirkli pulların yuyulmasında ittiham olunur. İstintaqın gedişində müəyyən edilib ki, A.Smbatyan Xarici Ölkələrdəki Ermənilərlə Mədəni Əlaqələr Cəmiyyətinin sədridir. O, cəmiyyətin sədr müavini olan keçmiş nazir A.Poqosyanın Yerevanda tarixi-mədəni əhəmiyyətli binanın yerləşdiyi ərazidə cəmiyyət üçün torpaq əldə etməsinə köməklik göstərib. Bina və ərazi formal sövdələşmə nəticəsində 550 min ABŞ dollarına Böyük Britaniyanın Virciniya adalarında keçmiş nazirin gəlininin adına qeydiyyata alınan ofşor şirkətə satılıb.

Səfir 20 milyon dram (40 min ABŞ dolları) girov qoyub. Ona görə də hələlik barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar