21-22 dekabr tarixlərində Bakıda energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək.
Manevr.az bildirir ki, dekabrın 21-də Enerji Forumu çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və tənzimləmə sahələri üzrə hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupların iclaslarının keçirilməsi və türkiyəli nümayəndə heyətinin Səngəçal Terminalına səfəri nəzərdə tutulur.
Dekabrın 22-də isə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək. Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması nəzərdə tutulur.
Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib.trend
Xəbər lenti
Bakıda Azərbaycan-Türkiyə Enerji Forumu keçiriləcək

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































