Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Separatçı-terrorçu Avakyan Rusiyada həbs edildi

Tarix: 17-12-2021 18:54     Baxış: 3265 A- / A+
Separatçı-terrorçu Avakyan Rusiyada həbs edildiAzərbaycanın vaxtilə işğal altında olmuş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsindəki separatçı-terrorçu tör-töküntülərinin “təmsilçi”lərindən olan Boris Avakyan Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Manevr.az axar.az-a istinadla xəbər verir ki, Avakyanın saxlanılması ilə bağlı əməliyyat şəhərdəki restoranların birində həyata keçirilib.

İstintaq müəyyənləşdirib ki, Avakyan cinayətkar qruplaşma təşkil edərək ucuz tikinti materialları adı altında Rusiya ərazisinə texnika idxal edib. Cinayətkar qruplaşmanın vurduğu ziyan təxminən 1 milyon rubl dəyərində qiymətləndirilir.

Saxlanılan zaman Avakyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidmətinin qaçaqmalçılıq şöbəsinin keçmiş rəhbəri İqor Oleynikovla birlikdə restoranda olub.

Məlumata görə, Boris Avakyan bir dəfə də saxlanılıb. Lakin ev dustaqlığından qaçaraq Fransaya sığınıb. Bir müddət sonra o, Ermənistana gələrək “yüksək vəzifə” tutub.

Qeyd edək ki, B.Avakyan separatçı-terrorçuların “təhlükəsizlik xidməti”nin direktor müavini olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar