Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müharibə başlasa, Rusiya qoşunları cəmi üç günə..

Tarix: 15-12-2021 22:27     Baxış: 3236 A- / A+
Ukrayna ilə müharibə başlasa Rusiya qoşunları 3-4 gün ərzində Dnepr çayına çatacaq.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya analizi şöbəsinin keçmiş direktoru Corc Bibi və Donald Tramp administrasiyasında müdafiə nazirinin müşaviri olmuş polkovnik Duqlas Makqreqor “The National İnterest” jurnalında dərc edilmiş məqaləsində bildirirlər.

Məqalə müəlliflərinin sözlərinə görə, şimaldan cənuba doğru min kilometrlik qövs boyu Rusiya tərəfi 200 minlik canlı qüvvəni döyüşə ata bilər. “Manevr qabiliyyətli yerüstü qüvvələr sıx təşkilatlanmış kəşfiyyat elementləri və güclü zərbə birləşmələri ilə əlaqəli şəkildə hərəkət edəcək”, - məqalədə deyilir.

Bibi və Makqreqor bildirirlər ki, Rusiyanın müharibəyə cəlb edəcəyi ümumi qüvvə 100-ə yaxın artilleriya batareyasından, o cümlədən BM-30 “Smerç” kimi dağıdıcı sistemlərdən ibarət ola bilər. Qeyd olunur ki, Ukrayna aerodromları, qərargahları, maddi-texniki təminat infrastrukturu “İsgəndər-M” raketləri ilə vurula bilərdi. Habelə havada Rusiya ordusu pilotsuz sistemlərdən, addi təyyarələrdən və yeni kamikadze-dronlardan istifadə edəcək.

Məqalədə qeyd olunur ki, Rusiyanın zərbə və manevr birləşmələrini hava və raket hücumlarından S-400 və S-500 zenit-raket kompleksləri qoruyacaq. Bibi və Makqreqor bu səbəbdən Ukrayna və ya ona köməyə gələcək NATO aviasiyasının aşkarlanmaq və məhv edilmək baxımından “olduqca əlçatan olacağını” qeyd edirlər.

Məqalədə deyilir ki, Bayden administrasiyası Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə birbaşa qarışmaq imkanlarını nəzərdən keçirmir. Bu səbəbdən Ukrayna ordusunun Rusiyanın nəhəng hərbi qüvvəsinə qarşı müqavimət imkanları olduqca şübhəlidir. “Belə şərtlərdə tamamilə ağlabatandır ki, Rusiya quru qoşunları Dnepr çayına cəmi 72-96 saat ərzində çata bilər”, - müəlliflər bildirirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar