Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu borcları dövlət ödəyəcək - RƏSMƏN ELAN EDİLDİ

Tarix: 15-12-2021 20:27     Baxış: 4329 A- / A+
"Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə olan 34 milyon manatdan çox borcunu hökumət üzərinə götürüb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.

O bildirib ki, borcun 12 milyon manatı artıq köçürülüb və sənədləşmə prosesi gedir, yerdə qalan hissəsi də yaxın müddətdə ödəniləcək:

"Noyabrın 14-də "Azəristiliktəchizat"ın rəhbərliyi ilə danışıqlar olub. Çünki bir gün sonra qış rejiminə keçid olacaqdı və bu baxımdan evlərə istiliyin verilməsi zərurəti yaranmışdı. Danışıq nəticəsində bir həftə möhlət verdik ki, yaranmış borcu ödəsinlər. Söhbət 34 milyondan artıq vəsaitdən gedirdi. Amma "Azəristiliktəchizat" bunun 14 milyonunu mübahisəli predmet kimi dəyərləndirdiyinə görə, 20 milyon manatdan artıq məbləğdən danışırdıq. Növbəti görüşdə qərara alındı ki, qarşı tərəfin xahişi nəzərə alınara möhlət müddəti dekabrın 15-dək uzadılsın. Təbii ki, hökumət məsələdən xəbərdar idi. Məsələnin ciddiliyi nəzərə alınaraq "Azəristiliktəchizat" ASC-yə 12 milyon manat vəsait ayırdı. Borcun digər hissəsini də öz üzərinə götürüb. Hazırda 12 milyon manatın "Azəriqaz"a ödənilməsinin sənədləşmə işləri həyata keçirilir. Yerdə qalan məbləğin də qarşılanması hökumətin üzərinə düşəcək. Bununla da iki dövlət qurumu arasında olan borc məsələsi bitmiş hesab olunur". musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar