Xəbər lenti
İtaliyada Azərbaycan əleyhinə film: Müharibə təhrif olunur
İtaliyanın Rai-1 kanalının jurnalisti Stefaniya Battistinin ötənilki 44 günlük Vətən müharibəsindən bəhs edən filmi yayılıb.
Manevr.az xəbər verir ki, filmdə yalnız və yalnız erməni tərəfinin, daha doğrusu, erməni ombudsman Arman Tatoyanın fikirləri, onun təqdim etdiyi kadrlara istinad edilib və bütövlükdə azərbaycanlıların vəhşi obrazının yaradılmasına cəhd göstərilib.
Erməni əsgər meyitlərinin başını kəsməkdən tutmuş fosfor bombalarından istifadəyə, terrorçuların bizim tərəfdə “döyüşməsinə” qədər bütün şər və böhtanların toplaşdığı “filmdə” faktın araşdırılması üçün müəllif heç bir cəhd etməyib, qarşı tərəfin mövqeyini öyrənməyib. “Film” yalnız Tatoyanın yanında oturub, onun kompüter və telefonundan təqdim etdiyi və əlbəttə ki, saxtalaşdırılan faktların üzərində qurulub.
Ən maraqlısı fosforlu bomba ilə bağlı məsələdir. Bəllidir ki, bunu Azərbaycan qaldırmış, hələ müharibə zamanı ermənilərin qadağan olunmuş silahlardan istifadə etdiyini bildirmiş və faktları beynəlxalq təşkilatlara da təqdim etmişdi. Bu filmdə isə həmin bombaların atılmasını əks etdirən kadrlar yayılır və bunun guya azərbaycanlılar tərəfindən edildiyi bildirilir.
İtaliyanın müharibə zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olduğu, o cümlədən Rai-1 kanalının qərəzli mövqe tutmadığını nəzərə alaraq, səfirliyimizin bu filmin yayılmasından dolayı kanalla hansı danışıqlar apardığı və necə etiraz etdiyini bilmək maraqlı olardı.
Səfirliyimizə sorğu göndərilib.../axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar