Xəbər lenti
Sumqayıtda "Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin banisidir" mövzusunda tədbir keçirilib -ŞƏKİLLƏR

Bu gün Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Heydər Əliyev Müstəqil Azərbaycan
dövlətinin banisidir" mövzusunda tədbir keçirilib.
Manevr.az xəbər verir ki, tədbirdə Sumqayıtlı deputatlar, Müşfiq Məmmədli, Hicran Hüseynova, Tahir Mirkişili, Sumqayıt şəhər İcra Hakimiyyətinin, eləcə də, bir sıra dövlət və ictimai qurumların nümayəndələri iştirak edib.
Tədbirdə ömrünü Azərbaycanın inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin Vətənimiz qarşısında tükənməz xidmətlərindən bəhs edilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Mərasimdə həmçinin, məqsədyönlü siyasət nəticəsində ölkəmizin bütün sahələrdə mühüm nailiyyətlər əldə etdiyini və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımızın düşmən əsarətindən azad olunduğu qeyd edilib.
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























