Xəbər lenti
"Attestasiya başqa sənət və peşələrə tətbiq edilirsə, niyə jurnalistikaya da şamil edilməsin?!" - Elman Nəsirov
“Jurnalistlərin attestasiyası məsələsi gündəmə gətirilsə, onlar öz üzərlərində daha çox işləyəcəklər. Ordan-burdan informasiya oğurlayan, reketliklə məşğul olan jurnalistlər isə attestasiyadan avtomatik olaraq kəsiləcəklər. Əgər attestasiya başqa sənət və peşələrə tətbiq edilirsə, niyə jurnalistikaya da şamil edilməsin?! Bu, sadəcə olaraq jurnalistlərinin fəaliyyətinin keyfiyyətini, savadlılıq səviyyəsini və analitikasını yüksəltməyə xidmət edir. Sual yaranır ki, savadlı jurnalist attestasiyadan niyə qorxmalıdır? Əgər savadı varsa, nədən narahatdır?! Attestasiyadan qorxub-çəkinənlər qeyri-peşəkarlardır”.
Manevr.az-ın xəbərinə görə, bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Palament üzvü bildirib ki, “Media haqqında” Qanun Azərbaycanın media məkanının daha da inkişaf etməsinə xidmət edəcək: “Hazırda icra edilən “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun 1999-cu ildə qəbul edilib və indiyə qədər qanuna 79 dəfə düzəliş edilib. Yəni, həmin qanun artıq köhnəlib və zamanın tələblərinə cavab vermir. Ona görə də həmin qanunun əvəzlənməsinin vaxtı çatıb, ictimai müzakirələrə başlanılıb. Hesab edirəm ki, yeni qanun layihəsi əsasında, media mühitində həllini gözləyən bir sıra məsələlər tənzimlənəcək, media öz fəaliyyətini sistemli şəkildə davam etdirəcək. İctimai müzakirələr zamanı qeyd olundu ki, Ədliyyə Nazirliyində 6 minə yaxın media orqanı qeydiyyatdan keçib, ancaq reallıqda təxminən 800 media orqanı fəaliyyət göstərir. Hər kəs əlinə bir kompüter alıb və sayt yaradıb, özündən və kompüterdən başqa isə heç kimi yoxdur. Bunlar mediada informasiya oğurlanmasına səbəb olur. Ötən gün bu məsələ də müzakirə edildi və etiraf edildi ki, indiki vəziyyətdə jurnalistlərin fəaliyyətlərinin keyfiyyət göstəricilərinin artırılmasına ehtiyac var. Peşəkarlıq məsələlərində ciddi problemlər müşahidə edilir. Əgər bizim 6 minə qədər media orqamınız varsa, gəlin, jurnalistlərimizin sayını bilək və onların neçə nəfərinin Azərbaycan həqiqətlərini dünya ictiaiyyətinə çatdırmaq potensialında olduqlarını aydınlaşdıraq. Eyni zamanda, hesab edirəm ki, bizim çox güclü, kifayət qədər savadlı və vətənpərvər media nümayəndələrimiz var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar