Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Türkiyədən ən çox silah alan ikinci ölkədir - Xərclənilən məbləğ açıqlandı

Tarix: 04-12-2021 09:47     Baxış: 4246 A- / A+


Son illər Türkiyənin müdafiə sənayesi sektorunun sürətli inkişafı, ölkənin terrorla mübarizədə və daxili təhlükəsizlik əməliyyatlarında istifadə etdiyi milli silahlar dünyada qardaş ölkədə istehsal olunan hərbi texnikaya marağı artırıb. Belə ki, cari ilin 11 ayında 2 milyard 793 milyon 974 min ABŞ dolları məbləğində gəlirlə Türkiyənin müdafiə və aerokosmik sənayesi yeni ixrac rekorduna imza atıb.
Manevr.az bildirir ki, bu barədə Türkiyə İxracat Məclisi (TİM) məlumat yayıb.
Ölkənin müdafiə sənayesi sektorunun milli məhsulların satışından əldə etdiyi gəlir 2018-ci ildə 2 milyard 35 milyon 956 min, 2019-cu ildə isə 34,6 faiz artımla 2 milyard 740 milyon 988 min dollar təşkil edib. Bu rəqəm o dövrdə ölkənin müdafiə və aerokosmik sənayenin ixrac rekordu kimi qeydə alınıb.
COVID-19 pandemiyasının təsiri ilə sektorun ixracat gəliri 2020-ci ildə 16,8 faiz azalaraq 2 milyard 279 milyon 27 min dollar təşkil etsə də, bu rəqəm cari ilin 11 ayında rekordu yeniləyərək 2 milyard 793 milyon 974 min dollar olub.
TİM-in məlumatında bu ilin yanvar-noyabr ayları ərzində Türkiyənin milli hərbi texnikasının ixrac edildiyi ilk 20 ölkənin adı sadalanır. Siyahıda sıralamaya görə ABŞ, Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Ukrayna, Efiopiya, Mərakeş, Fransa, Tunis, Banqladeş, Birləşmiş Krallıq, Hindistan, Türkmənistan, Çin, Özbəkistan, Ruanda, Hollandiya, İordaniya və Kanada yer alır.
Qeyd edilən dövr ərzində əvvəlki illərdə olduğu kimi, 1 milyard 32 milyon 615 min dolarla ABŞ ilk sıradadır. İkinci sırada isə Azərbaycan yer alır. Məlumata əsasən, bu ilin 11 ayı ərzində Türkiyədən Azərbaycana 192 milyon 126 min dollarlıq ixracat həyata keçirilib. Üçüncü sırada isə 180 milyon 544 min dollar məbləğində ixracatla Qətər yer alır.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar