Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlikdən hava şəraiti ilə bağlı daha bir xəbərdarlıq

Tarix: 30-11-2021 17:26     Baxış: 3182 A- / A+


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.
Manevr.az xəbər verir ki, məlumatda Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 30-u gündüzdən hava şəraitinin dəyişdiyi bildirilib.
Noyabrın 30-u gün ərzində 15-20 m/s, arabir 23-28 m/s əsən cənub-qərb küləyinin dekabrın 1-i gündüzdən 18-23 m/s, arabir 25-30 m/s-dək güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Güclü küləkli hava şəraiti dekabrın 2-si səhərədək davam edəcək. Dekabrın 1-i axşamdan 2-si səhərədək yağıntılı olacağı ehtimalı var.
Havanın temperaturu dekabrın 2-də tədricən 5-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 30-u gündüzdən dekabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Külək noyabrın 30-u gündüzdən dekabrın 2-i səhərədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 01-də ayrı-ayrı Kürvadisi rayonlarda arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Dekabrın 2-si gündüz külək mülayimləşəcək.
Yağıntı dekabrın 1-i gündüz şimal və qərb rayonlarından başlayaraq 2-si gündüzədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu 2-də tədricən 5-8° aşağı enəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar