Xəbər lenti
Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Manevr.az-ın report-a istinadən xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən elan edilib ki, R.Quliyevin səhhətində problem var və o, bu səbəbdən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisində saxlanılır.
Eyni zamanda, vəkillər cinayət işi üzrə istintaqda dindirilməyən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun və AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məhkəməyə şahid qismində dindiirlməsini istəyiblər.
Vəsatətlər təmin edilməyib.
Məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış etmək üçün məhkəmədən vaxt istəyib.
Növbəti prosesi dekabrın 9-na təyin edilib.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar