Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyev AMEA-nın xəstəxanasını yaratdı

Tarix: 25-11-2021 10:49     Baxış: 5199 A- / A+
Ramiz Mehdiyev AMEA-nın xəstəxanasını yaratdı
AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin nəzdində Tibb Mərkəzi yaradılıb.
Manevr.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin dünən keçirilən iclasında qərar qəbul olunub.
İclasda çıxış edən AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması, sağlamlığının qorunması və onlara vaxtında tibbi xidmətin göstərilməsi zərurəti yarandığını söyləyib. O, qeyd edilən məsələlərin həlli istiqamətində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığına əsasən, Rəyasət Heyəti aparatının İşlər idarəsinin nəzdində Tibb Mərkəzinin yaradılması ilə bağlı ilkin sənədin hazırlandığını diqqətə çatdırıb. 
Daha sonra Rəyasət Heyəti tərəfindən AMEA əməkdaşlarının və ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müayinə, müalicə, maarifləndirmə və digər tibbi tədbirlərin həyata keçirilməsi məqsədilə AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin nəzdində Tibb Mərkəzinin yaradılması haqqında qərar qəbul olunub. Tibb Mərkəzinin Abşeron rayonunun Saray qəsəbəsində elm və təhsil işçiləri üçün nəzərdə tutulmuş "Science City” yaşayış kompleksində yerləşməsi qərarlaşdırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar