Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Minlərlə şəhid ailəsi, 10 minlərlə qazinin fonunda deputatların istəkləri... - Reaksiya

Tarix: 19-11-2021 10:23     Baxış: 3215 A- / A+
Minlərlə şəhid ailəsi, 10 minlərlə qazinin fonunda deputatların istəkləri... - Reaksiya
"Əhalinin kommunal xərclərini ödəyə bilmədiyi bir zamanda millət vəkillərinin parlamentdə özlərinin sosial durumlarının yaxşılaşdırması üçün hansısa təkliflər verməsi və bu təkliflər üzərində israr etməsi təbii ki, yersiz görsənir”.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açqlamasında AĞ Partiya sədri Tural Abbaslı Milli Məclisin deputatı Razi Nurullanın parlamentdə "bəzi deputatların evi yoxdur, onlara verilən kirayə haqqı qaldırılsın” təklifinə cavabında deyib. Onun fikirincə, əhali tərəfindən deputatlara olan etimadsızlıq, güvənsizlik daha da artıb:
"Ölkədə hələ minlərlə şəhid ailəsinin, 10 minlərlə qazi, döyüş iştirakçılarının problemlərinin həll olunmadığı bir dönəmdə parlamentdə bu istiqamətdə çıxışlar etmədən, addımlar atmadan özlərinin mənzil şəraitinin, yaxud da avtomobil parkının, qarajının yenilənməsi, şəraitinin yaxşılaşdırılması təklifi həmin məsələni qaldıran millət vəkillərinə qətiyyən baş ucalığı gətirmədi, əksinə cəmiyyətdə qıçıq yaratdı. Bunu mənəvi baxımdan yersiz və uğursuz təklif hesab edirəm”.
Partiya sədri bu təklifin onların ziyanına işlədiyini vurğulayıb:
"Hətta Sahibə Qafarova belə onların təklifinə etiraz elədi ki, şəhid ailələri yerləşdirilmədən parlament üzvlərinin mənzil davası eləməsi yersiz görsənir. Məncə, spikerləri belə mənzil davası edən deputatlara ən gözəl cavabı verib”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar