Xəbər lenti
Azərbaycan diasporu Zəfər bayramını dünyanın iri şəhərlərində qeyd edib

Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Mikayıl Oytanın təşəbbüsü ilə Sidney şəhərində yük maşınlarının üzərində Vətən müharibəsi ilə bağlı şəkilləri əks etdirən elektron məlumatlandırıcı lövhələrin yerləşdirilməsi isə maraqla qarşılanıb. Yük maşınları insanların sıx hərəkət etdiyi küçələr boyunca hərəkət edib. Aksiyanın əsas məqsədi Avstraliya ictimaiyyətini 30 ilə yaxın davam edən münaqişənin Azərbaycanın şanlı Qələbəsi ilə bitməsi barədə məlumatlandırmaqdan ibarət olub.
Londonda isə 6 bina Azərbaycan bayrağının rənglərinə boyanıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Group”un təşkilatçılığı ilə Londonun Oksford küçəsindəki “John Lewis” binası, “Soho”, “London Eye” , “South bank”, “Covent Garden” və “Knightbridge” məhəllələrində binalar Azərbaycan bayrağı ilə bəzədilib. London vaxtı ilə saat 19:00-dan başlayan işıqlandırma mərasimi 01:00-a kimi davam edib.
Beləliklə, Zəfər bayramı həm də dünya azərbaycanlılarının “dəmir yumruq” ətrafında sıx birləşməsinin təzahürü kimi yaddaşlara həkk olunur. Bununla dünya azərbaycanlıları diaspor-dövlət birliyini yeni nüminəsini ortaya qoydu.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar