Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

Polislərdən 80 manat tələb edilməsi videosu ilə bağlı DİN-dən açıqlama

Tarix: 10-11-2021 10:23     Baxış: 3224 A- / A+


Sosial şəbəkələrdə Sabirabad rayon polis şöbəsinin vəzifəli şəxsinin əməkdaşlardan 80 manat tələb etməsini əks etdirən videogörüntü yayılıb. İclas zamanı çəkilən videoda danışan şəxsin polis rəisi olduğu iddia olunub. Həmin şəxs hansısa tədbir üçün hər kəsin 80 manat verməli olduğunu, bir gün ərzində həmin məbləği haradan olursa-olsun tapıb gətirmələrini tələb edir.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov "qafqazinfo"ya açıqlamasında bildirib ki, "Tik-tok"-da yayılan görüntülərdən məlumatlıdırlar: "Görüntülər qərəzlidir, məqsədli olaraq sosial şəbəkələrə ötürülüb. Bu, 3 il əvvəl Sabirabad RPŞ-nin Post-Patrul bölüyünün iclasında bir müddət bundan öncə daxili işlər orqanlarından mənfi motivlərə görə xaric olunan əməkdaş tərəfindən çəkilib.
Həmin iclasda bir yubiley tədbirinin təntənəli keçirilməsi üçün bölük əməkdaşlarının təşəbbüsü olub. Lakin sonradan tədbir baş tutmayıb. Görüntüdə əks olunan bölük komandiri olub".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar