Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

“Vəziyyəti ağırlaşan” Hacıbala Abutalıbov: “Qaxda dincəlirəm”

Tarix: 07-11-2021 13:39     Baxış: 4267 A- / A+



“Şükürlər olsun ki, səhhətimdə heç bir problem yoxdur. Hər şey qaydasındadır. Hazırda Qaxdakı bağımda Ordubaddan gətirilən ağacları əkməklə məşğulam”.
Manevr.az xəbər verir ki, bunu "modern.az"-a açıqlamasında səhhətinin ağır olması səbəbindən Almaniyaya aparıldığı iddia olunan Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov bildirib.
Təcili Almaniyaya aparılması ilə bağlı iddiaları qəbul etməyən sabiq başçı səyahətə çıxdığını vurğulayıb:
“Oğlum və nəvələrimlə Almaniyada aktiv istirahətdə idim. Münhendə oldum, meriyanın möhtəşəm binasını, görməli yerləri gəzdim. İldə 1 dəfə məcburi müayinə olunmalıyam. Yenə də övladlarımın təkidilə müayinədən keçdim. Burada hansısa ağırlaşmış xəstəlikdən söhbət getmir. Nəticələr də tam qaydasındadır. Oradan da Türkiyəyə, o biri oğlumun yanına getdim. Hazırda da Qaxda dincəlirəm, sağ-salamatlıqdır. Hamıya da belə aktiv istirahət arzulayıram”.
Keçmiş mer noyabrın 10-da mərhum qardaşının il mərasimində iştirak etmək üçün Bakıya qayıdacağını qeyd edib.
O, həmçinin, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşının da səhhətinin normallaşdığını, mütəmadi həkim nəzarətində olduğunu deyib.
Qeyd edək ki, bu gün H. Abutalıbovun ağır vəziyyətdə Almaniyaya aparılması ilə bağlı məlumatlar yayılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar