Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Şəfadan Şəhadətə" qısametrajlı filminin premyerası keçirilib - ŞƏKİLLƏR

Tarix: 06-11-2021 19:16     Baxış: 3388 A- / A+

Noyabrın 5-də, Azərbaycanın ilk ixtisaslamış səhiyyə kanalı Medical Mediada Zəfər gününə həsr edilmiş “Zəfər fədailəri: şəhid həkimlərimiz” tədbir keçirilib. 

Manevr.az-ın xəbərinə görə, tədbirdə şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, hərbçi həkimlər, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini deputat Rəşad Mahmudov, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli, TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin koordinatoru Kənan Kərimov, Milli Teleradio Şurasının sədr köməkçisi Haşim Əliməmmədzadə, ATU-nun Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Musayev,1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov və digərləri iştirak ediblər.  
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Medical Media kanalının təsisçisi Azər Xudiyev qonaqları salamlayıb, gələn həkim şəhid ailə üzvlərinə, səhiyyə nümayəndələrinə və digər qonaqlara minnətdarlığını bildirib. Kanalın rəhbəri 44 günlük vətən müharibəsində şəhid olmuş hərbi həkimlərin xatirəsinə həsr edilən “Şəfadan Şəhadətə” adlı qısametrajlı filmi qonaqara təqdim edib.  
6 dəqiqəlik filmdə Tibbi xidmət kapitanı Anar Məmmədov, polkovnik leytinant Rasim Abdullayev, tibbi xidmət leytinantı Tariyel Salmanov, tibbi xidmət leytinantı Turqut Xəlilbyli və digər şəhid həkimlər canlandırılıb. 
Xatırladaq ki, filmin ideya müəllifi Azər Xudiyev,  rejissoru Mirsahib Ağazadədir.
Qısametrajlı filmin nümayişindən sonra tədbirdə iştirak edən qonaqlar film haqqında öz təəssutarlarını paylaşıblar. Tədbirin sonunda iştirak edən şəhid ailələrinə üzərində şəhid hərbi həkimlərin əksi olan xalça hədiyyə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar