Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Viktor Yuşenko: “VIII Qlobal Bakı Forumunda bir sıra vacib məsələlər müzakirə olunacaq”

Tarix: 04-11-2021 10:54     Baxış: 4220 A- / A+

“VIII Qlobal Bakı Forumu çərçivəsində müxtəlif sahələr üzrə bir sıra vacib məsələlər müzakirə ediləcək”.
 Manevr.az xəbər verir ki, bunu jurnalistlərə Ukraynanın sabiq prezidenti Viktor Yuşenko bildirib.
“Pandemiya səbəbindən meydana gəlmiş problemlər və ötənilki Qlobal Forumda iştirak edə bilmədiyim səbəbindən indiki tədbirdə iştirak etməyə xüsusilə şadam. Yenidən Bakıda olmaqdan çox məmnunuq. Forum bir sıra vacib məsələləri, o cümlədən təhlükəsizlik, siyasət, humanitar və iqtisadi məsələləri müzakirə etməyə imkan verəcək. Biz, bu cür dialoq üçün darıxmışıq”, - o deyib.
Xatırladaq ki, bu gün Azərbaycanın paytaxtında “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu işə başlayacaq. Forumun təşkilatçısı 2012-ci ildə dünyanın bir qrup ictimai və siyasi xadimi tərəfindən yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir.
Forumda 40-dan çox ölkədən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, siyasətçilər, politoloqlar, ekspertlər, ictimai xadimlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri iştirak edəcək.
Noyabrın 6-dək davam edəcək forum çərçivəsində müxtəlif mövzulara aid 11 panel müzakirəsi aparılacaq.“report”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar