Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatıb

Tarix: 09-03-2017 10:27     Baxış: 4351 A- / A+
Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatıb


2010-cu il martın 5-dən İnsan hüquqları üzrə müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Manevr.az "ölkə.az"a istinadən xəbər verir ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanununa əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə-2002-ci il və 2010-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib.

Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Qeyd edək ki, Milli Məclisin martın 7-də keçirilən plenar iclasında deputatlar ombudsmanın 2016-cı il üzrə illik məruzəsini sərt tənqid ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar