Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

3 ömürlük məhkum “OMON”çu əfv olunacaqmı?..

Tarix: 08-03-2017 10:32     Baxış: 4403 A- / A+
3 ömürlük məhkum “OMON”çu əfv olunacaqmı?..


Hüquq müdafiəçiləri onların azad edilməsi üçün hüquqi əsasların olduğunu bildirir


13 may 1981-ci ildə Roma papası II İohann Pavel odlu silahdan açılan atəşlə yaralandı. Cinayəti törədən Türkiyə vətəndaşı Əli Ağca hadisə yerində həbs edildi və ömürlük azadlıqdan məhrum olundu. Sonralar Roma papası Əli Ağcanın saxlandığı həbsxanaya belə getdi, orada ona baş çəkib günahlarının bağışlanmasını istədi. Onu bağışladığını söylədi. Əli Ağca 2000-ci ilin aprelində İtaliya prezidenti tərəfindən əfv olundu...


Azərbaycanda hər il əfv sərəncamları verilir. Hər dəfə ömürlük həbsdə olan “OMON”çuların (Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) yaxınlarının, mətbuat nümayəndələrinin gözləri əfv olunmuşlar siyahısında Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun adlarını axtarır və tapmır.


Elçin Əmiraslanov Qazax “OMON”un komandiri, Səfa Poladov və Arif Kazımov sıravi polis nəfəri olublar.


Onlar 1997-ci il noyabrın 28-də Ali Məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum olunublar. Hər 3 məhkum vətənə xəyanət maddəsi ilə ittiham olunub. Onların üzərinə qoyulan ittihamda qeyd olunur ki, S.Poladov və A.Kazımov E.Əmiraslanovun tapşırığı ilə Qazax Rayon Polis Şöbəsinin və MTN-in yerli şöbəsinin rəisini öldürüblər. E.Əmiraslanov Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun və Milli Məclisin sədr müavini Afiyəddin Cəlilovun qətlində iştirakda ittiham olunub.


Fransada yaşayan və sığınacaq alan MTN-in keçmiş əməkdaşı Ramin Nağıyev 2010-2011-ci ildə mətbuata verdiyi açıqlamalarında bildirib ki, “OMON”çuların ittiham edildiyi qətllər onlar tərəfindən deyil, 2005-ci ildə həbs edilmiş DİN-in Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsi tərəfindən törədilib.

R.Nağıyev Şəmsi Rəhimov və Afiyəddin Cəlilovun qətli ilə bağlı yaradılan istintaq qrupunun üzvü olub. O, 1995-ci ildə səbəb göstərilmədən işin istintaqından uzaqlaşdırılıb. R.Nağıyevin bəyanatları rəsmi şəkildə təkzib olunmayıb. Avropa Şurası E.Əmiraslanovu, S.Poladovu və A.Kazımovu siyasi məhbus elan edib. Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv olunub. Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə XTPD arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət XTPD-nin Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirlər. Atışmada rəsmi statistikaya görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 XTPD əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. XTPD rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib. Dəstənin qalan üzvləri isə həbs ediliblər.


2016-cı ildə Qaradağ Rayon Məhkəməsi Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov haqqında ömürlük həbs cəzasının dəyişdirilməsinə dair şikayəti icraata götürməkdən imtina edib. Hüquq müdafiə təşkilatları bildirirlər ki, hər 3 ömürlük məhkum barəsində çıxarılmış ölüm cəzası qanunsuz olaraq ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin (CM) 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi də mümkündür, buna qanunlar da yol verir.


Ötən 21 il ərzində hər 3 “OMON”çu, onların yaxınları dəfələrlə ölkə rəhbərliyinə əfv olunmaları üçün müraciətlər ünvanlayıblar. Bu il də oxşar müraciətlər olub. Ümidlər var ki, veriləcək əfv siyahısında hər 3 şəxsin adı olacaq.(musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar