Xəbər lenti
Kəmaləddin Heydərova yeni vəzifə verildi
Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiya yaradılıb.
Manevr.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə aşağıdakı tərkibdə Komissiya yaradılıb:
Komissiyanın sədriAzərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiya sədrinin müaviniAzərbaycan Respublikasının fövqəladə hallar naziri
Komissiyanın üzvləriAzərbaycan Respublikası fövqəladə hallar nazirinin müaviniAzərbaycan Respublikası müdafiə nazirinin müaviniAzərbaycan Respublikası iqtisadiyyat nazirinin müaviniAzərbaycan Respublikası səhiyyə nazirinin müaviniAzərbaycan Respublikası daxili işlər nazirinin müaviniAzərbaycan Respublikası maliyyə nazirinin müaviniAzərbaycan Respublikası təhsil nazirinin müaviniAzərbaycan Respublikası ədliyyə nazirinin müaviniAzərbaycan Respublikası energetika nazirinin müaviniAzərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müaviniAzərbaycan Respublikası müdafiə sənayesi nazirinin müaviniAzərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniAzərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müaviniAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müaviniAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müaviniAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müaviniAzərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müaviniAzərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müaviniİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müaviniAzərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Komissiyaya tapşırılıb ki, Azərbaycan Respublikasının mülki müdafiə planını hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Komissiyanın fəaliyyətinin səmərəli təşkili məqsədilə onun üzvlərinin təmsil etdikləri dövlət orqanlarının və qurumların nümayəndələrindən ibarət Komissiyanın İşçi qrupu yaradılacaq.
Komissiyanın İşçi qrupunun işinin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə ediləcək.
Müəyyən edilməlidir ki, Komissiya qanunvericiliklə müəyyən olunmuş qaydada öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar