Xəbər lenti
Sumqayıtda marşrutların kart sistemində niyə problem yaranıb? - AÇIQLAMA
Sentyabrın 28-dən Sumqayıt şəhərində ictimai nəqliyyatda gedişhaqqının kartla ödənilməsinə başlanılıb. Sistem tətbiq ediləndən bu günə qədər marşrut avtobuslarında kartla ödənişdə problem yaranıb. Sərnişinlərə 2 manata satılan kartların balansı əsassız olaraq sıfırlanır, kartdan istifadə olunmadığı halda pul silinir.
Məsələ ilə bağlı açıqlama verən "Sumqayıt Nəqliyyat" MMC-nin direktor müavini Tofiq Saiddinov faktı təsdiqləyib. Bildirib ki, sistem yeni olduğu üçün sərnişinlər bəzi problemlər yaşayır: "Bu sistem sentyabrın 28-də tətbiq edilib. İlk günlərdən problemlər yaranmağa başladı. Əsasən, kartyükləmə aparatlarında problemlər yaşandı. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Bunun üçün "Sumqayıt Nəqliyyat" MMC dayanacaqlarda nəzarətçilər təyin edib və həmin nəzarətçilərə sərnişin kartlarını yoxlamaq üçün xüsusi aparatlar paylanıb. Həmin aparat vasitəsilə kartlar yoxlanılır, silinmiş məbləğlər karta qaytarılır".
T.Saiddinov bildirib ki, yeni istifadəyə verilən kartda balans tam tükənməməlidir: "Əgər kartda balans tam bitərsə, o zaman kart koda düşür və ona təkrar balans artırmaq olmur. Çalışmaq lazımdır ki, kartda ən azı 20-40 qəpik balans həmişə qalsın ki, kartın balansını artıranda kart koda düşməsin".
Direktor müavini əlavə edib ki, hazırda Sumqayıtda 200 min kart satılıb: "Sumqayıtda 500 min əhali var. Onun 200 min nəfəri kart alıb. Problem yaranan sərnişin müfəttişlərə yaxınlaşaraq kartını yoxlatdıra bilər. Əgər həqiqətən də kartda problem varsa, dəymiş ziyan ödənilir və kart pulsuz dəyişdirilir. Müfəttişlərlə yanaşı, hazırda Sumqayıtda iki kart mərkəzi də yaradılıb. Sərnişinlər həmin mərkəzlərə də yaxınlaşmaqla problemi həll edə bilərlər".trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar