Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

COVID-19-un yeni mutasiyası yayılmağa başlayıb, bir xəstə 9 nəfəri yoluxdura bilər

Tarix: 22-10-2021 09:54     Baxış: 3198 A- / A+




Bir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada COVID -19 virusunun yeni mutasiyası - AY.4.2 (Delta plyus) yayılmağa başlayıb.
Ekspertlər qeyd edirlər ki, yeni ştammın "delta" ştammı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir nəfərin təxminən 9 nəfəri yoluxdura bilər.Yeni mutasiyanın həmçinin daha çox kontakta meyilli olduğunu, onun simptomlarının daha qısa zaman kəsiyində özünü büruzə verdiyini vurğulayan ekspertlər, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olmasını, üçüncü doza vaksinasıyanın sürətləndirilməsinin zəruri olduğunu bildirib.
TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov açıqlaması zamanı qeyd edib ki,yeni mutant kimi qələmə verilən AY.4.2 ştamına "Delta plyus" ştamı deyilir:
"Delta plyus" ştamının əsas xüsusiyyətləri olaraq buna ikiqat mutasiya demişdik. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticismlərə qarşı müəyyən rezisdentlik göstərir".
O həmçinin qeyd edib ki, bu ştamların yayılmasına ən çox böyük Britaniyada rast gəlinib və 6 faizi identifikasiya olunub:
"Xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur.
Ən əsası ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "Delta plyus" ştamına qarşı effektivliyini qorumaqdadır".

Həkim-infeksionist Vüqar Cavadzadə isə açıqlaması zamanı bildirib ki, Azərbaycanda COVİD-19 virusunun bu mutasiyasına bu günə qədər yoluxan olmayıb:
"Bu növ, əsasən, İsrail, Rusiya və Türkiyədə yayılmağa başlayıb. Biz bundan sonra da COVİD-19 virusunun yeni növlərini görəcəyik. Mutasiyaya uğramaq bu xəstəliyin bioloji xüsusiyyətidir. Yeni mutasiya baş verdikdə ilk vaxtlar güclü yayılır. Bu da çox insanın xəstələnməsinə səbəb olur. Sonradan vaxt keçdikcə zəifləyir. COVİD-19 virusunun yeni mutasiyasına görə təşvişə düşməyə ehtiyac yoxdur. Ümumən, COVİD-19 virusuna yoluxanların əgər yan xəstəlikləri varsa, həmin şəxslər xəstəliyi ağır keçirirlər.
Son günlər ölkəmizdə COVİD-19 virusuna yoluxanların sayı getdikcə artır. Hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması vacibdir. Xüsusən, tibb işçiləri, xidmət sahələrinin işçiləri, yaşı 65-dən yuxarı şəxslərin 3-cü doza vaksinasiyası sürətləndirilməlidir.
Ümumiyyətlə, hamı üçüncü doza peyvədi vurdurmalıdır. Həmçinin insanların gigiyena qaydalarına riayət etməsi, sosial məsafə saxlaması, qapalı məkanlarda maskadan istifadə etməsi vacibdir".trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar