Xəbər lenti
Milli Məclisin iclası təxirə salındı

Milli Məclisin iclası fasilədən sonra keçirilməyib.
APA-nın məlumatına görə, jurnalistlərə iclasın təxirə salındığı bildirilib.
Səbəb açıqlanmasa da, iclasın martın 10-da keçirilməsinin nəzərdə tutulduğu deyilib.
Qeyd edək ki, bugünkü iclasın gündəliyinə daxil olan 13 məsələdən 8-i - "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi (ikinci oxunuşun davamı), "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Sərhəd qoşunları haqqında" qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Telekommunikasiya haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Reklam haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunun layihəsi və "Əmək pensiyaları haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar