Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi
məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may
tarixli 151 nömrəli Qərarında dəyişiklik edib.
"Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə
təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin
əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat,
profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi
məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli
151 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679,
683; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 iyul
tarixli 210 nömrəli, 26 iyul tarixli 229 nömrəli, 28 iyul tarixli 230 nömrəli,
2 avqust tarixli 231 nömrəli, 28 avqust tarixli 245 nömrəli, 3 sentyabr
tarixli 251 nömrəli və 24 sentyabr tarixli 280 nömrəli qərarları) aşağıdakı
məzmunda 2.5-7-ci və 2.6-1-ci bəndlər əlavə edilsin:
"2.5-7. Hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının,
habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına
giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri
nəzərə alınmaqla icazə verilir:
2.5-7.1. Argentina Respublikası;
2
2.5-7.2. Avstraliya İttifaqı;
2.5-7.3. Braziliya Federativ Respublikası;
2.5-7.4. Bruney Darüssalam;
2.5-7.5. Cənubi Koreya Respublikası;
2.5-7.6. Çili Respublikası;
2.5-7.7. Ekvador Respublikası;
2.5-7.8. Kamboca Krallığı;
2.5-7.9. Kosta Rika Respublikası;
2.5-7.10. Kuba Respublikası;
2.5-7.11. Küveyt Dövləti;
2.5-7.12. Qazaxıstan Respublikası;
2.5-7.13. Maldiv Respublikası;
2.5-7.14. Meksika Birləşmiş Ştatları;
2.5-7.15. Mərakeş Krallığı;
2.5-7.16. Monqolustan;
2.5-7.17. Monteneqro;
2.5-7.18. Norveç Krallığı;
2.5-7.19. Oman Sultanlığı;
2.5-7.20. Panama Respublikası;
2.5-7.21. Salvador;
2.5-7.22. Uruqvay Şərq Respublikası;
2.5-7.23. Yeni Zelandiya.
2.6-1. Bu Qərarda nəzərdə tutulan (2.4-cü, 2.5-2-ci, 2.5-6-cı,
2.5-7-ci, 2.5-1.1-ci, 2.5-4-1-ci və 2.5-5.1-ci bəndlər istisna olmaqla)
COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19
infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş
şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.".
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar