Xəbər lenti
Məktəblər qapanacaq?- “Dərhal panikaya düşməyə lüzum görmürəm”- SƏDR MÜAVİNİ
Xəbər verildiyi kimi, Azərbaycanda yeni tədris ili başlayandan bu günədək 241 sinif distant təhsilə keçirilib. Təhsil Nazirliyinin verdiyi məlumata görə, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.
Bəs görəsən, indiki situasiyada ölkə məktəblərində əyani tədris tamamilə ləğv edilə bilərmi?
“Sərtləşdirilmə ilə əlaqədar hər hansı bir qərar zamana bağlıdır”.
Manevr.az xəbər verir ki, bu sözləri mövzu ilə bağlı azedu.az-ın sualını cavablandırarkən təhsil üzrə tanınmış mütəxəssis Nadir İsrafilov deyıb.
O, bildirib ki, yoluxma sayının artması ilə əlaqədar lokal qapanmalar gözlənilən idi və baş verdi də. Sözügedən məsələ insan iradəsindən, arzu və istəyindən asılı olan məsələ deyil. Tədrisin hansı formada davam edib-etməyəcəyi hadisələrin gələcək gedişindən asılıdır. Hazırda vaksinasiya prosesi davam edir. Yeniyetmələrdən də bu prosesə cəlb olunanlar var. Hələ ki, məktəblərin bütövlükdə qapanmasından söhbət gedə bilməz. Yoluxma sayının artdığı məktəblərdə və siniflərdə lokal qapanmalar ola bilər və müəyyən müddətdən sonra bərpa da oluna bilər necə ki olunur da. Burada söhbət hansısa sinifin, yaxud məktəbin bir müddətlik bağlanmasından gedir. Dərhal, panikaya düşməyə, ajiotaj yaratmağa heç bir lüzum görmürəm. Hələlik vəziyyət o dərəcədə də də kritik deyil. Yoluxmanın müəyyən artımı uşaqları məktəbdən yayındırmaq üçün ciddi əsas sayıla bilməz. Vəziyyət nəzarərdədir. Əsas məsələ lazımi təhlükəsizlik tədbirlərini görməkdir. Bu günkü nəticələr məktəblərin bağlanmasına əsas vermir. Əgər yoluxma sayında kütləvilik artarsa daha sərt addımlar atmaq barədə düşünmək olar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar