Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir - ŞƏKİL

Tarix: 14-10-2021 13:18     Baxış: 4248 A- / A+

MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının növbəti iclası Minskdə əyani formatda keçirilir.

Manevr.az xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
XİN rəhbərlərinin beynəlxalq gündəliyin və Birlik formatında əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəkləri gözlənilir.
Müxtəlif fəaliyyət istiqamətləri üzrə daha əvvəl razılaşdırılmış bir neçə sənəd nümayəndə heyəti rəhbərlərinin diqqətinə çatdırılacaq. Bura MDB Xarici İşlər Nazirləri Şurası üzvlərinin “Bioloji və toksin silahların qadağan olunması haqqında” Konvensiyanın möhkəmləndirilməsinə dair birgə Bəyanat, 2022-ci ildə Birlik çərçivəsində XİN-lər arasında çoxsəviyyəli məsləhətləşmələrin keçirilməsi Planı, “Terrorizm və ekstremizmin digər formada təzahürləri ilə mübarizə probleminin öyrənilməsi üzrə baza təşkilatının yaradılması haqqında” Qərar, MDB çərçivəsində imzalanan beynəlxalq müqavilə layihələrinin hazırlanması üzrə metodiki tövsiyələr və s. sənədlər daxildir.

Manevr.az

























Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar