Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səmimi deyim ki, tərəflərin vahid mövqeyə gəlmələrindən hələ çox uzağıq - Lavrov

Tarix: 06-03-2017 20:46     Baxış: 3373 A- / A+
Səmimi deyim ki, tərəflərin vahid mövqeyə gəlmələrindən hələ çox uzağıq


Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır, özü də iki ölkənin mövqeləri əsas mövqelərin çoxu üzrə üst-üstə düşür. Bu sözləri Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov martın 6-da Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla danışıqlar başa çatandan sonra söyləyib.

Manevr.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri ilə danışıqların konstruktiv keçdiyini vurğulayan rusiyalı nazir deyib: “Biz qarşıdakı görüşlərin, o cümlədən yüksək səviyyədə görüşlərin cədvəlini müzakirə etdik, iqtisadi sahədə vəziyyəti nəzərdən keçirdik”.

S.Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında məqbul nəticələrin axtarışına kömək göstərməyə davam edəcək. O deyib: “Söz yox ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışdıq. Rusiya istər Bakı və Yerevan ilə ikitərəfli münasibətlərimiz çərçivəsində, istər üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan görüşləri formatında və əlbəttə, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə qismində tərəflər üçün məqbul nəticələrin axtarışına bundan sonra da kömək edəcək. Bizim bütün addımlarımız həmsədrlər, - tərəfdaşlarımız olan ABŞ və Fransa nəzərdə tutulur, - tərəfindən işlənib hazırlanan prinsipial yanaşmalar məcrasında atılır”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlana biləcəyini diqqətə çatdıran S.Lavrov deyib: “Biz ümid bəsləyirik ki, Qarabağ münaqişəsi nizamlana bilər. Biz yekun qərarın aspektlərindən çoxu üzrə razılıq əldə etmişik, amma yekun paket üçün mühüm olan iki-üç mövzu hələlik müzakirə edilir. Səmimi deyim ki, tərəflərin bu qalan məsələlər üzrə vahid mövqeyə gəlmələrindən hələ çox uzağıq”.

Səmimi deyim ki, tərəflərin vahid mövqeyə gəlmələrindən hələ çox uzağıq

Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün prinsipial məsələ olduğunu bəyan edən Elmar Məmmədyarov deyib: “Azərbaycan ərazisinin 20 faizi işğal edilib və burada etnik təmizləmə aparılıb. Orada yaşayan insanların geri qaytarılması, silahlı qarşıdurmanın azaldılması istiqamətində hər hansı irəliləyiş Azərbaycanın milli maraqlarına cavab verir. Nizamlama prosesində hər şeyin təkcə Azərbaycandan və vasitəçilərdən asılı olmadığını diqqətə çatdıran nazir deyib: “Rusiya bu münaqişəni nizamlamaq üçün çox ciddi səylər göstərir, biz bu gün onları ətraflı müzakirə etdik. Onları Azərbaycanda da, Ermənistanda da eşidirlər, müəyyən perspektivlər var”.

Rusiyanın xarici işlər naziri S.Lavrov Xəzər dənizinin statusu üzrə danışıqlar məsələsinə toxunaraq ümidvar olduğunu bildirib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində işi başa çatdırmaq və Xəzər dənizinə dair növbəti sammiti Qazaxıstanda keçirməyi planlaşdıran dövlət başçıları üçün bir sıra digər sənədlər hazırlamaq mümkün olacaq.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri çox məzmunlu olub, bir çox məsələlər, o cümlədən Xəzərin statusu məsələsi müzakirə edilib. O vurğulayıb ki, üç Xəzəryanı dövlətin mövqeyi birdir, İran orta xətt ideyası ilə bütövlükdə razıdır. Nazir deyib: “Zənnimcə, biz irəli gedirik və çox müsbət məqamlar var”.

E.Məmmədyarov və S.Lavrov Azərbaycan ilə Rusiyanın xarici işlər nazirlikləri arasında 2017-2018-ci illər üçün məsləhətləşmələr planını da imzalayıblar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar